ABŞ Prezidenti Donald Tramp noyabr ayında Veteranlar Günü münasibəti ilə Vaşinqtonda keçirilməsi planlaşdırılan hərbi paradı ləğv edib.
Teleqraf.com xəbər verir ki, prezident parada böyük maliyyə xərclənəcəyini səbəb göstərib.
ABŞ mediası qeyd edir ki, Ağ Ev hərbi parad üçün 92 milyon dollar lazım olduğunu bildirmişdi.
Donald Tramp böyük maliyyə hesabına planlaşdırılan bu tədbirə görə Vaşinqtonun yerli hakimiyyətini ittiham edib. O bildirib ki, hərbi paradın yerinə Andrev Hava Bazasında planlaşdırılan tədbirə qatılacaq, 11 noyabrda isə I Dünya müharibəsinin 100 illiyi münasibəti ilə Parisə gedəcək.