Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada görüş keçiriblər.
"Report" xəbər verir ki, TASS-a bu barədə Rusiya parlamentindən məlumat verilib.
Bildirilir ki, görüş hakim Ədalət və İnkişaf Partiyasının VI qurultayından sonra reallaşıb. Lakin görüşün detalları barədə məlumat verilməyib.