19 Avqust 2018 09:05
2 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada vəziyyətin stabilləşməsi üçün ayırdığı gülünc 230 milyon dollarlıq gülünc yardımı dayandırdı. ABŞ-ın əvəzinə Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki digər zəngin ölkələr yardım etməyə başlayacaq. Mən ABŞ-ın, ordumuzun və bizə yardım edən digər ölkələrin inkişaf etməsini istəyirəm.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün Tvitter mikrobloqunda ABŞ-ın Suriyanın bərpası üçün nəzərdə tutulan 230 milyon dollarlıq yardımdan imtina etməsini şərh edərkən qeyd edib.

ABŞ dövlət başçısı daha əvvəl bildirmişdi ki, sözügedən yardım müxtəlif məqsədlər üçün istifadə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər