Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının VI qurultayından sonra iki gün əvvəl doğulmuş nəvəsinə baş çəkib.
Teleqraf.com “Milliyət”ə istinadla xəbər verir ki, ölkə prezidenti İstanbula çatar-çatmaz 7-ci nəvəsi Fatimə Sərranın görüşünə gedib. Nəcməddin Bilal və Rehyan Ərdoğan cütlüyü üçüncü dəfə övlad sahibi olublar. Bağçılar bölgəsində yerləşən xəstəxanadakı ziyarət təxminən 1 saat çəkib.