İndoneziyanın Lombok adasında 6,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Ocağı 7,9 kilometr dərinlikdə yerləşən zəlzələnin nəticələri barədə hələ rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, son zamanlar Lombok adasında zəlzələ ocaqları aktivləşib. Dünən isə Flores dənizinin İndoneziya sahillərində 6,5 bal gücündə növbəti zəlzələ baş verib.