19 Avqust 2018 11:31
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynanın Krım bölgəsini işğal etməsi ilə barışmayacağıq.

Teleqraf.com xəbər verir ki, bunu “Sonnatag” qəzetinə müsahibəsində Almaniyanın xarici işlər naziri Ayko Maş deyib.

Nazir Krımın Ukraynanın suverenliyinə aid olduğunu diqqətə çatdırıb:

“Krımı Rusiya ərazisi kimi tanısaq, digər ölkələr də bunu nümunə götürərək beynəlxalq hüquq normalarına zidd qərarlar qəbul edə bilərlər”.

Alman diplomat Ukraynadakı işğallara görə, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya qərarının atılmış ən doğru addım olduğunu diqqətə çatdırıb.

Alman nəşri Krım, Donbas (Ukrayna), Abxaziya və Cənubi Osetiya (Gürcüstan) kimi münaqişələrlə yanaşı, uzun illərdir Ermənistan və Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər