19 Avqust 2018 14:14
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın paytaxtı Buenos Ayresdə uşaq xəstəxanasında işləyən qadın polis Keleste Ayala xəstəxanaya gətirilən körpəyə süd verib.

Teleqraf.com xəbər verir ki, o, xəstəxana rəhbərliyindən icazə aldıqdan sonra bu xeyirxah əməli həyata keçirib.

Özü yeni ana olan Ayala körpənin aclıqdan ağladığını bildikdən sonra onu əmizdirərək sakitləşdirib.

O, bu vaxt çəkilən fotonun sosial şəbəkədə yayılması ilə polis qadın qəhrəmana çevrilib.

Körpənin 6 uşaqlı bir ananın ən kiçik uşağı olduğu və baxımsızlığa görə ac qaldığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər