19 Avqust 2018 20:28
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “S-300” raketlərinin analoqu olan İran istehsalı “Bavar-373” sistemləri ordunun arsenalına daxil ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu İran müdafiə nazirinin müavini Məhəmməd Əhədi deyib.

Qeyd edək ki, “Bavar” sistemləri ilk dəfə 2016-cı ildə ictimaiyyətə nümayiş etdirilib.

Raketin ilk sınağı isə keçən il keçirib. Sistemlər tamamilə İranda istehsal edilir.

Qeyd edək ki, ABŞ İranla imzalanmış nüvə müqaviləsini ləğv edib. Buna səbəb kimi İranın ballistik raket sınaqlarını göstərib və buna etiraz olaraq bu ölkəyə sanksiyalar tətbiq edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər