Braziliyanın Amazon meşələrində 22 ildir tək yaşayan insanın görüntüsü yayımlanıb.
Teleqraf.com xəbər verir ki, “dünyanın ən yalnız adamı” adlandırılan şəxs mənsub olduğu qəbilənin sonuncu nümayəndəsidir.
O, 22 il əvvəl öz qəbiləsindəki insanların öldürülməsindən sonra meşədə tək yaşamağa başlayıb.
O gündən bu yana meşədə tamamilə tək yaşayan şəxs ilk dəfə olaraq, ağac kəsərkən gəzintiyə çıxmış turistlərin obyektivinə tuş gəlib.
İndiyədək bütün insanlardan qaçan kişinin görüntüləri sosial şəbəkələrdə insanlar tərəfindən maraqla qarşılanıb.