İŞİD terror təşkilatının üzvləri Suriyanın İraq ilə sərhədi yaxınlığındakı Deyrizor şəhərində ölkənin ən böyük neft yatağını ələ keçirmək üçün ABŞ əsgərlərinə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, terrorçular bomba yüklü nəqliyyat vasitələri ilə ABŞ əsgərlərinin bazalarına hücum ediblər.
Hücumun qarşısını almaq üçün ABŞ-ın liderliyi ilə koalisiya qüvvələri terrorçulara havadan zərbələr endiriblər.
Silahlı qarşıdurma nəticəsində İŞİD üzvlərindən bir çoxu məhv edilib. Bununla yanaşı, bir mülki şəxs həlak olub, beşi isə xəsarət alıb.