ABŞ İranda inqilab etmək üçün "hərəkət qrupu" yaradıb.
Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, 1953-cü ildə ABŞ xalq tərəfindən seçilmiş demokratik Mosaddıq hökumətini devirərək növbəti 25 il müddətinə diktatorluğu bərpa etdi və iranlıları kölə halına saldı. İndi həmin plan yenidən işə düşüb. İran üzrə "hərəkət qrupu" yaradıblar. Bu qrup təzyiq, yalan məlumatlar yolu ilə xalqı hakimiyyətə qarşı qaldırmaq istəyir", - deyə nazir öz "Twitter" səhifəsində yazıb.