20 Avqust 2018 10:50
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel avqustun 24-də ölkənin Cakson Hol vadisində keçiriləcək Qlobal Mərkəzi Bankların 2 günlük illik konfransında çıxış edəcək.

Məlumata görə, o, çıxışında dəyişən iqtisadiyyatda pul siyasəti haqqında danışacaq.

“Report”un analitik qrupu hesab edir ki, C.Pauelin açıqlamaları qlobal maliyyə bazarındakı mənzərəyə təsir edəcək. Adətən FED rəhbərləri bu kimi tədbirlərdə gələcək pul siyasətləri barədə bəyanatlar verirlər və investorlar bu bəyanatları ciddi siqnal kimi qəbul edirlər.

Bununla yanaşı, Qlobal Mərkəzi Bankların konfrasında ABŞ-Türkiyə siyasi gərginliyi, qonşu ölkədəki məzənnə böhrana da diqqət mərkəzində ola bilər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər