20 Avqust 2018 13:58
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban terror təşkilatı Əfqanıstanda qadın və uşaqlar da daxil olmaqla 100-dən çox insanı girov götürüb.

Teleqraf.com xəbər verir ki, terror təşkilatı bu addımı Prezident Əşrəf Qəninin Qurban bayramı zamanı atəşkəs çağırışına baxmayaraq atıb.

Prezidentin müraciətinə məhəl qoymayan Taliban Xan Abad rayonu yaxınlığındakı yolda 3 avtobusu saxlayıb və sərnişinləri qaçırıb.

Talibanın əslində dövlət qulluqçuları və ya təhlükəsizlik qüvvələrinin əməkdaşlarını girov götürmək niyyətində olduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər