20 Avqust 2018 15:23
1 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəal Salar Tahir Əfşara hökm oxunub.

Teleqraf.com xəbər verir ki, o, Urmiya məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Salar Tahir Əfşar evindən aparılan şəxsi əşyalarını almaq üçün məhkəməyə müraciət etdiyi zaman belə bir hökmlə üzləşib.

Qeyd edək ki, 17 yaşlı azərbaycanlı yeniyetmə iyulun 7-də Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəminin doğum günündə şəhərdə şokolad paylayarkən, İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

10 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılıb. İranın hüquq-mühafizə orqanlarının əməkdaşları iyulun 14-də qanunsuz olaraq S.T.Əfşarın evində axtarış aparıblar. Axtarış zamanı fəala aid şəxsi əşyalar, o cümlədən mobil telefonu, komputer və kitabları müsadirə edilərək götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər