20 Avqust 2018 20:14
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 20-də Ankara vaxtı ilə saat 05.30-da ABŞ-ın Türkiyədəki səfirliyinə odlu silahdan atəş açılması faktı ilə bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Ankara şəhərində saxlanılan şübhəli şəxs hazırda polis idarəsində dindirilir.

Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər