20 Avqust 2018 23:16
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş prokurorluğu ölkənin keçmiş prezidenti Robert Koçaryanın azad olunması haqqında Apellyasiya Məhkəməsinin qərarından şikayət edib.

Bu haqda idarənin mətbuat xidmətindən TASS agentliyinin müxbirinə bildiriblər.

Kassasiya Məhkəməsinin Ermənistan Baş prokurorluğunun iddiasına nə vaxt baxacağı hələ məlum deyil.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində Koçaryana konstitusiya quruluşunun devrilməsi üzrə ittiham təqdim edib. Sabiq prezident bir gün sonra iki aylıq həbs edilib.

Ermənistanda Apelyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan avqustun 13-də azadlığa buraxılıb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər