ABŞ-ın Ankaradakı səfirliyi Türkiyəyə təşəkkür mesajı ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb kimi Türkiyə polisinin ABŞ səfirliyinə silahlı hücum etmiş iki şəxsi dərhal yaxalaması göstərilir.
Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.