21 Avqust 2018 15:32
2 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son günlər ABŞ və Türkiyə arasında baş verən diplomatik böhranla bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun mətbuat katibi Rob Manning diplomatik böhranın ABŞ və Türkiyə arasındakı hərbi əməkdaşlığa mənfi təsir göstərmədiyini bildirib.

O, tərəflərin Suriya məsələsi ilə əlaqədar əməkdaşlığının davam etdiyini açıqlayaraq deyib: “Pentaqonun Türkiyə ilə münasibətləri kəsilməyib, əməkdaşlıq davam edir”.

Qeyd edək ki, amerikalı keşiş Endryu Bransonun Türkiyədə ev həbsinə məhkum edilməsi rəsmi Ankara və Vaşinqton arasında diplomatik gərginliyə səbəb olub.

ABŞ-ın Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilən keşişin ekstradisiya tələbinin qarşı tərəfdən rədd edilməsinə cavab olaraq, Vaşinqton Türkiyəyə sanksiyalar tətbiq etməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər