Rusiyanın S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvil verəcəyi tarix bəlli olub.
Teleqraf.com “İnterfaks”a istinadla xəbər verir ki, “Rosoboroneskport” dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev S-400 zenit-raket komplekslərinin 2019-cu ildə Türkiyəyə göndəriləciyini açıqlayıb.
“Rosoboroneskport” şirkətinin məlumatına görə, lazım gələrsə, xarici tərəfdaşlarla maliyyə əməliyyatlarında dollardan imtina edərək milli valyutadan istifadə olunacaq.
Xatırladaq ki, Türkiyənin Rusiyada S-400 zanit-raket müdafiə sistemi alması Ankara ilə Vaşinqton arasında gərginliyi daha da artırıb. ABŞ Konqresi Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almaq niyyətini əsas gətirərək F-35 qırıcılarının 5-ci nəslinin Türkiyəyə tədarükünü dayandırıb.