21 Avqust 2018 22:26
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” korporasiyası Rusiyanın ABŞ Konqresindəki seçkilərə təsir göstərdiyinə dair yeni cəhdlərin qeydə alındığı barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, şirkətin rəsmi saytında Rusiya hökumətinə bağlı hakerlərin potensial qurbanları maraqlandıran saytlar və URL ünvanlar yaratdığı qeyd olunub. Senatın və bir neçə senatorun direktorlar şurasında təmsil olunduğu Beynəlxalq Respublikaçılar İnstitutunun saxta domeni olduğu üzə çıxıb. “Bizi 2018-ci il seçkiləri ərəfəsində ABŞ siyasi partiyaları ilə bağlı şəxslərin təhlükəsizliyinə təhdidlər narahat edir. Ümumilikdə bu mənzərə bizim 2016-cı ildə ABŞ-da və 2017-ci ildə Fransada gördüyümüz mənzərəyə bənzəyir”,- deyə məlumatda vurğulanır.

Strontium, Fancy Bear və APT28 adlı haker qrupları Rusiya rəsmiləri ilə əlaqədə ittiham edilir. Rusiya tərəfi isə sözügedən iddiaları rədd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Microsoft” şirkəti tərəfindən Rusiya Federasiyasının ünvanına səslənən ittihamlar heç nə ilə təsdiq edilməyib: “Hərçənd bu cür ittihamlar əsassız olmamalıdır”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər