22 Avqust 2018 17:25
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika sakini Avropanın 9 ölkəsində 200 milyon nəfər arasında keçirilən “EuroMillions” (Avromilyon) lotereyasında 107 milyon avrodan çox məbləğdə cek-pot qazanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə lotereyanı təşkil edən qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “EuroMillions” sayəsində hər il Belçikanın bir neçə sakini milyonçuya çevrilir.

2016-cı ildə Brüssel küçələrində təmizlik işləri ilə məşğul olan bir sakin 168 milyon avro dəyərində cek-pot qazanmışdı. 2017-ci ildə isə iki xoşbəxt belçikalı lotereyada müvafiq olaraq 153 və 23 milyon avro dəyərində cek-pota sahib olmuşdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər