22 Avqust 2018 15:27
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfərə yollanıb. Səfər çərçivəsində onun rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlar Soçidə keçiriləcək. Liderlər Belarus-Rusiya əməkdaşlığının geniş spektrini, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin davam etdirilməsi kimi məsələləri müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, Belarus Prezidenti vaxtaşırı Rusiyanın yürütdüyü siyasəti tənqid edir. O, ötən ay Rusiyaya iki ölkə arasında sərhəd nəzarəti formatının müəyyənləşməsini təklif edib.

A.Lukaşenko Rusiya rəhbərliyini nəzərdə tutaraq deyib:

“Onlar özləri də nə istədiklərini və Belarus-Rusiya sərhədində nə etdiklərini bilmirlər. Müəyyənləşir, qoy müəyyənləşsin... Bizim cavab vermək problemimiz yoxdur. Biz istənilən an cavab addımı ata bilərik. Sərhədi bağlamaq istəyirlərsə, buyursunlar”.

Dövlət başçısı Belarusun cavab addımı atmağa hazır olduğunu vurğulayıb. Bu baxımdan danışıqların iki müttəfiq dövlət başçısı arasında gərgin keçəcəyi gözləniləndir.


Müəllif: Səxavət