22 Avqust 2018 21:28
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvadakı yüksək rütbəli mənbə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun “Rusiya Suriyada batdı” sözlərini şərh edib.

Teleqraf.com xəbər verir ki, mənbə deyib:

“Con Boltona xatırlatmaq istərdik ki, əgər batan bir ölkə varsa, bu, hazırda onun təhlükəsizliyi ilə məşğul olduğu ölkədir. ABŞ İraq və Əfqanıstanda həqiqətən batdı”.

Qeyd edək ki, bir qədər əvvəl Con Bolton Rusiyanın Suriyada batdığını bildirib. O əlavə edib ki, Moskva Suriyanın müharibədən sonrakı bərpasının maliyyələşdirilməsi üçün kömək axtarır. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər