Çin hökuməti ABŞ-ın Çindən idxal olunan 16 milyard dollarlıq məhsula 25 faiz həcmində ikinci rüsum paketi tətbiq etməsi ilə əlaqədar etirazını bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin cümə axşamı verdiyi bəyanata görə, Pekin cavab tədbirləri görmək məcburiyyətindədir.
"Çin bununla əlaqədar qəti etirazını bildirir və buna zəruri cavab tədbiri görməli olacaq", - deyə idarənin məlumatında bildirilir.