23 Avqust 2018 10:58
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Pirs Bəşər Əsəd rejiminin İdlib şəhərinə hücum edəcəyi barədə çağırış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Karen Pirs analoji addımlara görə belə qənaətə gəldiyini deyib.

O, Əsəd rejiminin kimyəvi silahla hücumuna dair dəqiq məlumatı olmasa da, belə bir aktın gerçəkləşdiriləcəyini istisna etmədiyini söyləyib: “Hazırda mülki şəxslər hücum altındadır, Suriyada utancverici şeylər yaşanır”.

Əsəd rejiminin mülki şəxslərə qarşı əvvəllər kimyəvi silah istifadə etdiyini xatırladan Karen Pirs qeyd edib ki, onun çağırışına əsasən ABŞ, Fransa və İngiltərə tərəfindən kimyəvi silahdan istifadənin qadağan olunmasını dəstəkləmək üçün beynəlxalq öhdəliklərə əməl olunacağını bəyan etməsi bu məsələdə sərhədlərin müəyyən edilməsi baxımından doğru qərardır.

Qeyd edək ki, ABŞ, İngiltərə və Fransa Əsəd rejimi yenidən kimyəvi silaha əl atarsa, birgə hərəkətə keçəcəklərinə dair bəyanat yayıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər