Türkiyənin Van şəhərində mülki vətəndaşlara qarşı terror aktı planlaşdıran PKK üzvləri zərərsizləşdirilib.
Teleqraf.com “Haber7”ə istinadla xəbər verir ki, Van valiliyi biri qadın olmaqla iki PKK terrorçusunun Gülpınar mahalında məhv edildiyini açıqlayıb.
Hücum hazırlığında olan terrorçulara yönəlik avqustun 22-23-də həyata keçirilən “Jandarma çavuş Mehmət Tarlacı” əməliyyatı zamanı terrorçuların 2 ədəd “Kalaşnikov” markalı tüfəngi, 4 müxtəlif ölkələrə məxsus əl bombası, eləcə də sənəd və müxəlif materiallar ələ keçirilib.