24 Avqust 2018 16:40
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “F-35” təyyarələri ilə bağlı gizli məlumatların Rusiyanın əlinə keçməsindən ehtiyat edərək, bu qırıcıları Türkiyəyə satmaqdan imtina edib.

Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın qərarını dəyişməsi “F-35”-lərlə yanaşı, Türkiyənin öz ordusunu Rusiya istehsalı “S-400” raketləri ilə gücləndirməsindən irəli gəlir.

Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş Raket Birlikləri Komandanlığının başçısı Sergey Xatılyev ABŞ-ın Türkiyənin “S-400” raketlərini “F-35”lərə quraşdıracağından ehtiyat etdiyini bildirib:

“Əgər Türkiyə hər iki texnikanı fərqli məqsəd üçün aldığını ABŞ-a izah edə bilsə, heç bir problem olmayacaq. Amerika isə qorxur ki, Türkiyə Rusiya ilə birlikdə “F-35”-ləri “S-400”-lərlə gücləndirmək istəyir və bu vaxt qırıcılara aid gizli məlumatların Rusiyanın əlinə keçməsindən qorxur. Əlbəttə, bu iki sistemi ayrı-ayrılıqda da istifadə etmək mümkündür.

Buna görə də, Vaşinqton Ankaranın qarşısına seçim qoyub: ya “F-35” almalıdır, ya da Rusiyadan silah almamalıdır. Şübhəsiz ki, ABŞ iddiaları cəfəngiyatdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər