Gürcüstanın Baş naziri Mamuka Baxtadze Almaniya Kansleri Angela Merkelə 1945-ci ildə Drezden muzeyindən yoxa çıxmış rəsm əsəri hədiyyə edib.
Teleqraf.com bu barədə Almaniya kanslerinin rəsmi İnstaqram səhifəsində məlumat paylaşılıb.
Vurğulanır ki, XVII əsrə aid əsər Angela Merkel üçün gözlənilməz hədiyyə olub. Məlumata görə, sözügedən parça Drezden muzeyindən yoxa çıxandan sonra SSRİ-də, daha sonra isə Gürcüstanda peyda olub.
Kanslerin mətbuat xidməti rəsm əsərinin hansı rəssama aid olduğunu dəqiqləşdirməyib. Əsərin son ana qədər kimin kolleksiyasında saxlandığı da naməlumdur.