24 Avqust 2018 17:59
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizə əziz dostunuz cənab Ərdoğan salamını və ən xoş arzuları çatdırdı, sizi ən yaxın zamanda İstanbulda gözləyir. Deyəsən, balıq restoranına getmək barədə razılığınız var.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə “BRİCS” sammiti çərçivəsində iyulda bir araya gəlmişdi. Həmin görüşdə Putin Ərdoğana onu restorana dəvət etməyə söz verdiyini xatırlatmışdı. Rusiya prezidenti onu da əlavə etmişdi ki, bu dəvəti Türkiyənin rus ətinin idxalına başlayanda qəbul edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər