25 Avqust 2018 00:45
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayında ABŞ Prezidenti Donald Trampı öldürəcəyi ilə hədələyən Pensilvaniya ştatının sakini Şon Riçard Kristi hələ də axtarışdadır.

Sonuncu dəfə onu bu həftə Merilənd ştatının Kamberlənd şəhərində oğurlanmış yük maşınında görüblər. Bu barədə ABŞ-ın Federal Marşallar Xidmətindən bildiriblər. İyunun 19-da 27 yaşlı Kristinin həbsi barədə order verilib. O, digər vəzifəli şəxsləri də hədələdiyi üçün federal hakimiyyət tərəfindən əvvəlki kimi axtarılır.

Hökumət orqanları Kristini hələ ki tapa bilmirlər. O, prezidenti və digər vəzifəli şəxsləri özünün “Facebook” səhifəsində hədələməklə federal hökumətin diqqətini çəkib.

ABŞ-ın Federal Marşallar Xidmətinin nümayəndəsi Robert Klark cümə günü bildirib ki, Şon Kristi tərəfindən qaçırılmış qırmızı rəngli pikap Pensilvaniya ştatının Tamak şəhərində tapılıb. ABŞ Marşalları, FTB və ABŞ məxfi xidməti Kristini silahlı və olduqca təhlükəli hesab edirlər.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər