ABŞ Fələstinə 200 milyon dollar dəyərində humanitar yardım ayırmaq niyyətindən daşınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
Humanitar yardımın HƏMAS qruplaşmasının fəaliyyəti əleyhinə ayrılması nəzərdə tutulmuşdu.
Qeyd olunub ki, Fələstinə humanitar yardımın ayrılması qərarına ABŞ prezidenti Donald Tramp yenidən baxıb. Qərara alınıb ki, bu vəsait İordaniyanın Qərb sahillərində və Qəzzada digər layihələrin həyata keçirilməsinə sərf ediləcək.