Avropa İttifaqının İrana 20.7 milyon dollar həcmində yardım ayırması yanlış vaxtda, yanlış siqnalın yayılmasına səbəb olur. Avropa və ABŞ sadə İran vətəndaşlarına birlikdə yardım etməlidir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib.
İran əhalisinə yardım etmək əvəzinə hökumətə pul vəsaitinin ayrılmasını doğru hesab etməyən rəsmi Vaşinqton İranın bu vəsaitdən terror fəaliyyətində istifadə edə biləcəyini qeyd edib.