Amerikalı senator Con Makkeyn beynindəki şişlə əlaqədar aparılan müalicəni dayandırmaq barədə qərar verib.
Teleqraf.com xəbər verir ki, ailəsi bunu senatorun yaşlı olması və xəstəliyinin çarəsizliyi ilə əlaqələndirib.
Bu barədə qərarı Makkeynin özü verib. O bu müddət ərzində dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Həkimləri 81 yaşlı senatorun həyatının son aylarını yaşadıqlarını bildirib.
Qeyd edək ki, keçən il həkimlər Con Makkeynə beyin xərçəngi diaqnozu qoyublar.