26 Avqust 2018 19:08
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Dnestryanı respublikanın “paytaxtı” Tiraspol şəhərinin mərkəzi meydanında Abxaziya və Cənubi Osetiyanın bayrağının qaldırılması mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Dnestryanı respublika”nın başçısının mətbuat xidməti məlumat yayıb.
Mərasim təntənəli şəkildə keçirilib. Qondarma respublikaların himləri səsləndirilib.

Qeyd olunur ki, bu mərasim Abxaziya və Cənubi Osetiyanın “müstəqil dövlət kimi” Rusiya tərəfindən tanınmasının 10 illiyi münasibətilə düzənlənib. Mərasimə “Dnestryanı respublika”nın “prezidenti” Vadim Krasnoselski də qatılıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər