27 Avqust 2018 00:04
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Rusiyadakı səfiri Riyad Həddad Cənubi Osetiyaya səfər edib.

Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd qondarma respublikanın “müstəqilliyinin” Rusiya tərəfindən tanınmasının 10-cu ildönümə dair təntənəli tədbirlərdə iştirak etməkdir.

Qondarma rejimin “prezidenti” Anatoli Bibilov səfər çərçivəsində Suriya səfirini “Dostluq” ordeni ilə təltif edib. Rejim başçısı yaxın vaxtlarda Cənubi Osetiya və Suriyanın ticarət-sənaye palatasının yaradılmasına dair saziş imzalayacağını vurğulayıb.

R.Həddad isə yaxın vaxtlarda Sixinvalidə Suriya səfirliyinin fəaliyyətə başlayacağını bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər