Türkiyənin raket qurğusu Ginnesin rekordlar kitabına düşdü
Teleqraf.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin sifarişi ilə “Roketsan” şirkəti tərəfindən hazırlanmış “Jobaria” dünyada ən çox lüləsi olan artilleriya sistemidir.
Yaylım atəşi sistemi 4 buraxılış qurğusundan ibarətdir. Hər bir qurğu 122 millimetrlik 60 reaktiv mərmiyə hesablanıb.
Artilleriya qurğusu 39 kilometr məsafədə hədəfləri məhv edə bilir.