Suriya və İran müdafiə mövqelərini gücləndirmək üçün uzunmüddətli işbirliyi planı üzərində işləyir.
Teleqraf.com xəbər verir ki, bunu Dəməşqdə İranın Müdafiə naziri Əmir Hatəmi ilə görüşündə Suriya Prezidenti Bəşər Əsəd deyib.
Əsəd tərəflərin Suriyada gedən müharibədə iştirak edən qüvvələrə qarşı koordinasiyalı formada mübarizəni davam etdirəcəklərini də açıqlayıb:
“ABŞ-ın Dəməşqə qarşı aqressiv hücumları İran və Suriyanı daha da yaxınlaşdırır. Bu gün ABŞ Yaxın Şərq və Suriyadakı bütün terror təşkilatlarını dəstəkləyir”.