Ermənistan Hindistandan silah almaqda maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurn Ovannisyan deyib.
Ovannisyan Ermənistanın Hindistan istehsalı olan “Pinak” raketlərinə maraq göstərdiyini bildirib.
O, bununla bağlı Hindistan Müdafiə Nazirliyinin rəsmi şəxsləri ilə görüşdüklərini diqqətə çatdırıb.
Görüş iyul ayında baş tutub: “Hindistan tərəfi də Ermənistana silah satmaqda maraqlıdır. Bu ölkədə istehsal edilən silahlar bizdə maraq doğurur”.
Qeyd edək ki, “Pinak” mənzili 40-80 km olan qısamənzilli raket sistemləridir.
Ermənistan KİV Ermənistanın hərbi komandanlığının Hindistan silahlarına yaranan marağını Pakistan və Azərbaycan arasındakı hərbi əməkdaşlıqla əlaqələndirir.
Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyinə diqqət çəkən erməni KİV bu ölkəni anti-Ermənistan mövqeyində dayanmaqda ittiham edir: “Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini tam dəstəkləyir. Bakıya silah gətirir və regionda gedən proseslərdə yer almağa çalışır. Əlbəttə, İrəvan da Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli formatına qarşı Hindistanla münasibətləri şaxələndirməyə çalışır”.