27 Avqust 2018 14:07
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib ki, ABŞ-la münasibətlərə dair yeni xarici siyasət strategiyasını təqdim edəcək.

Teleqraf.com-un xəbərinə görə, diplomat bu strategiyanın inkişaf etdirilməsi üçün oktyabrın 3-dən ABŞ-da start götürəcək “Almaniya ili”ndən yararlanmaq niyyətində olduğunu bildirib:

“Transatlantik əməkdaşlığı qiymətləndirməyin vaxtı çoxdan çatıb - ayıq-sayıq, tənqidi və hətta özünütənqidi”.

Əvvəllər Мааs “Handelsblatt” qəzetində dərc edilmiş məqalədə bildirib ki, ABŞ və Avropa bir-birindən uzaqlaşır, ortaq maraqlar və dəyərlər isə tədricən itir. Nazir Vaşinqtonla yeni qarşılıqlı münasibətlərdə əsas kimi tarazlaşdırılmış əməkdaşlıq ideyasını təklif edib.

O, alman xarici siyasətinin əsas məqsədinin güclü və müstəqil Avropanın yaradılması olduğunu vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər