27 Avqust 2018 15:43
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ABŞ-dan asılı olmamalıdır. Buna görə də, Avropa dövlətləri ABŞ-ın Türkiyə, Rusiya, Çin və digər əməkdaş ölkələrə yönəlik sanksiyalarına reaksiya verməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emamanuel Makron deyib.

Fransa başçısı Aİ-nin ABŞ-a güvənməməli olduğunu bildirib:

“Avropa İttifaqı ABŞ-a etibar etməməlidir. Artıq Avropa təhlükəsizlik məsələsində ABŞ-a arxalana bilməz. Avropanın təhlükəsizliyini təmin etmək bizim işimizdir.

Rusiya da daxil olmaqla, bütün əməkdaş dövlətlərlə işbirliyimizi təhlükəsizlik altına almalıyıq. Bunun üçün yeni ittifaqlar qurmaq lazımdır. Bunun üçün isə Türkiyə və Rusiya kimi strateji ölkələrlə münasibətlərimizi sıxlaşdırmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər