ABŞ Prezidenti Donald Tramp Ağ Evdə evangelist təriqətinin üzvləri ilə görüşündə rahib Endryu Bransondan danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Bransonun prezident seçkilərində Donald Trampın namizədliyini ən çox dəstəkləyən qruplardan olan evangelistlər təriqətinin üzvü olduğu bildirilir. Evangelistlərin Endryu Bransonun sərbəst buraxılması üçün ABŞ prezidentinə təzyiq göstərdiyi deyilir.
Tramp Rahib Bransonun sərbəst buraxılması üçün mübarizə apardığını deyib. Onun bu çıxışı evangelist liderlərin alqışına səbəb olub. Trampın çıxışı zamanı məhz Bransonla bağlı məqamın evangelistlərin daha çox diqqətini çəkdiyi vurğulanır.