Sudan Silahlı Qüvvələrinin Yəmənin şimal-qərbinə dislokasiya edilmiş briqadası ölkədən çıxıb.
Teleqraf.com xəbər verir ki, Həcca bölgəsinin Midi və Harz rayonlarında yerləşdirilmiş Əl-Həzm əl-Tani Briqadası artıq Sudana geri qayıdıb.
Bu barədə bir neçə həftə əvvəl Sudiyyə Ərəbistanı liderliyindəki koalisiyanın komandanlığında məlumat verilmişdi. Hərbi birləşmə 8 ay idi ki, Yəmən-Səudiyyə Ərəbistanı sərhədlərində idi.
Qeyd edək ki, Sudanın Yəmənə ordu göndərməsi etirazlara səbəb olmuşdu. Lakin buna baxmayaraq, Sudan Yəmənə 400 canlı hərbi qüvvə göndərmək barədə qərar verdi.
Son 3 ildə Yəməndə 850 sudanlı hərbçi həlak olub.