28 Avqust 2018 13:05
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın iqtisadiyyat naziri Nikolas Hulot istefa verib.

Teleqraf.com-un məlumatına görə, nazir bu barədə qərarını “France Inter” radiosunun canlı yayımında açıqlayıb.

Prezident Emmanuel Makrona heyran olduğunu deyən nazir ekologiya və ətraf mühitlə bağlı məsələlərdə dövlət başçısı ilə eyni mövqedə olmadığı üçün belə bir addım atdığını bildirib.

Nikolas Hulot ətraf mühit və ekoloji problemlərin həllinə nail ola bilmədiyini etiraf edib: “Artıq yalan danışmaq istəmirəm”.

Nazir istefa qərarı barədə prezident və baş nazirə əvvəlcədən məlumat vermədiyini qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər