Erməni əsilli amerikalı iş adamı, “poker kralı” ləqəbli Den Bilzeryan Qarabağa gəlib.
Teleqraf.com “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, Den Bilzeryanın Qarabağa eks-prezident Robert Köçəryanın oğlu Levon və həyat yoldaşı müğənni Siruşonun şirkəti ilə birgə gəldiyi bildirilir.
Ermənistan pasportu alan Den Bilzeryan ölkənin silahlı qüvvələrində uçota dayanıb. Göyçə gölünü seyr etməyə gedən milyonçu Levon Köçəryan və xanımı ilə oliqarx Samvel Aleksanyana məxsus restoranda şam edib.