28 Avqust 2018 20:02
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ABŞ-ın Avropa mallarına əlavə vergi tətbiq edəcəyi təqdirdə buna qarşılıq veriləcəyi barədə xəbərdarlıq edib.

Publika.az "Anadolu" informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Daniel Rosario gündəlik mətbuat konfransında bildirib. "Təbii ki ABŞ Avropa mənşəli məhsullara əlavə vergi tətbiq edəcəyi halda Aİ buna dərhal qarşılıq verməyə hazırdır”, - Rosario belə deyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrindən idxal olunan avtomobillərə 25 faiz əlavə gömrük rüsumu qoyulacağını söyləmişdi. İyul ayında isə Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Donald Tramp Ağ evdə görüşərək iqtisadi əlaqələri müzakirə etmişdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər