“Google” şirkəti ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab verib.
Teleqraf.com-un məlumatına görə, “Google” şirkətinin bəyanatında vurğulanır ki, saytda axtarış nəticələri hansısa siyasi ideologiyanın xeyrinə dəyişdirilmir: "Axtarış sistemindən siyasi gündəliyin müəyyənləşdirilməsi üçün istifadə olunmur".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, “Google” onun barəsində axtarış aparılan zaman ilk növbədə “yalançı KİV-lərin pis süjetləri”ni verməklə nəticələri “qarışdırır”.
Dövlət başçısı bildirib: “Başqa sözlə, onlar nəticələri həm mənim, həm də digərləri üçün qarışdırırlar. Yalançı CNN-ə yer verilir, qərəzsiz KİV-lər isə buraxılmır. Bu, qanunidirmi?”
ABŞ Prezidenti əlavə edib ki, “Google” və digərləri konservantların səsini boğur və yaxşı məlumatları gizlədir: “Bu, çox ciddi vəziyyətdir. Məsələyə baxılacaq”.