29 Avqust 2018 11:05
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Ali məhkəməsinin keçmiş sədri Armen Mkrtumyanın evinə silahlı basqın olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin rəisi Sona Truzyan məlumat verib.

Həmin vaxt Mkrtumyan və ailəsi evdə olub.

Pulemyot və müxtəlif növ odlu silahlarla silahlanmış şəxslər evi güllə yağışına tutublar. Polis silahlı şəxslərdən birini saxlasa da, digəriləri hadisə yerindən qaça biliblər.

Mkrtumyan və ailəsi haqda məlumat verilmir. Hadisənin qisas zəminində baş verdiyi ehtimal edilir.

İstintaq gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər