29 Avqust 2018 14:45
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesin əhəmiyyətli mexanizmlərindən biri olan İslahat Fəaliyyəti Qrupu 3 illik fasilədən sonra yenidən bir araya gəlir.

Teleqraf.com xəbər verir ki, qrupun iclası bu gün keçiriləcək.

İclasda qrupa üzv dövlətlərin xarici işlər, ədliyyə, daxili işlər nazirləri iştirak edəcəklər.

ABŞ Prezidentinin İranın nüvə proqramı çərçivəsində Avropa İttifaqına qarşı ticarət savaşı elan etməsinə cavab olaraq, artıq Ankara və Brüssel yaxınlaşmaq siqnalları verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər