Suriyada 10 tayfanı özündə birləşdirən Assasni cəmiyyətinin lideri Emin Əl-Assani ABŞ-ın sanksiya tətbiq etdiyi Türkiyəyə dəstək məqsədilə 500 min dollarını lirəyə çevirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Emin Əl-Assani bundan sonra ticarətdə yalnız Türkiyə lirəsindən istifadə edəcəyini, yaxın günlərdə 2 milyon 500 min dollarını da lirəyə dəyişəcəyini söyləyib.
Suriya və Türkiyədə kommersiya fəaliyyəti ilə məşğul olan iş adamı bu addımı Türkiyə hökumətinə və Prezident Rəcəb Tayyib Ərdoğana dəstək üçün atdığını deyib.
Dolu çemodanla Ziraət bankının Reyhanlı şöbəsinə gələn Emin Əl-Assaninin bank hesabına 500 min dollar qarşılığında 3 milyon 82 min 101 türk lirəsi yatırılıb.