Ukrayna Prezidenti Pyotr Poroşenko Xarici İşlər Nazirliyinə Rusiya ilə “Dostluq və əməkdaşlıq haqqında müqavilə”nin ləğv edilməsi üçün zəruri sənədlər paketi hazırlamağı tapşırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Twitter səhifəsində yazıb.
O qeyd edib ki, yaxın vaxlarda bu barədə sazişə xitam veriləcək:
“Ukrayna Xarici İşlər Nazirliyindən lazımlı sənədləri gözləyirəm”.